"Barselona"nın sabiq baş məşqçisi klubdan 4 milyon avro istəyir

İDMAN 23 yan 2021, 21:43
İspaniyanın "Barselona" klubu sabiq baş məşqçisi Kike Setyenlə təzminat barədə razılığa gələ bilmir.

"Report" "Cadena Ser"ə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis Kataloniya təmsilçisindən 4 milyon avro tələb edir.

Klub rəhbərliyi gözləntiləri doğrultmadığı üçün işdən çıxarılan keçmiş baş məşqçiyə təzminat vermək istəmir.

"Barselona" bu cür ödəmələrə çox pul xərcləyib. Klub Setyendən əvvəl Ernesto Valverdeyə 11 milyon avro təzminat ödəyib. Rəhbərlik hazırkı baş məşqçi Ronald Kuman üçün isə Niderland Futbol Federasiyasına 5 milyon avro ödəniş edib.

Qeyd edək ki, Kike Setyen 2020-ci ilin yanvarında baş məşqçi təyin edilib və avqustda istefaya göndərilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top