Binəqədidə evdə yanğın oldu — YENİLƏNİB

HADİSƏ 21 yan 2021, 23:25
Bakı şəhəri, Binəqədi rayonu, Faiq Rüstəmov küçəsi ünvanında fərdi evdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  

Bu barədə Nazirlikdən məlumat verilib.

19:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Faiq Rüstəmov küçəsi ünvanında fərdi evdə yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top