Merkel pandemiyanı “əsrin fəlakəti” adlandırdı

DÜNYA 22 yan 2021, 00:29
Almaniya pandemiyanın mürəkkəb fazasına qədəm qoyub.

TASS xəbər verir ki, bunu ölkə kansleri Angela Merkel bəyan edib. O, bildirib ki, hazırda başlıca təhlükə virusun müxtəlif mutasiyalarıdır.

“Hazırda Almaniya pandemiyanın mürəkkəb fazasına qədəm qoyub. Lakin gərginlik getdikcə azalır. Yeni yoluxanların və intensiv terapiya şöbələrində olanların sayında da azalma var”, -deyə kansler bildirib.

O xatırladıb ki, son vaxtlar Almaniyada hər gün min nəfərədək şəxs koronavirusdan dünyasını dəyişib. Bu səbəbdən də pandemiyanı əsrin fəlakəti hesab etmək olar.

Qeyd edək ki, hazırda Almaniyada ikinci sərt karantin rejimi qüvvədədir. Ərzaq mağazaları istisna olmaqla, demək olar ki, bütün obyektlər bağlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top