Klublarımızın koronavirus testlərinin nəticəsi açıqlandı

İDMAN 21 yan 2021, 15:00
Azərbaycan Premyer Liqasının XIV turunda bu gün üz-üzə gələcək komandaların koronavirus testlərinin nəticələri məlum olub.

Klublardan "Report"a verilən məlumata görə, bütün analizlər neqativ çıxıb. Hazırda heç bir komandada xəstə futbolçu yoxdur.

Yanvarın 22-də qarşılaşacaq "Keşlə" və "Sumqayıt" kollektivlərində isə test nəticələri bu gün axşam saatlarında bilinəcək.

Qeyd edək ki, bu gün "Zirə" - "Qəbələ", "Səbail" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları keçiriləcək. İlk iki qarşılaşma saat 16:00-da, Masazırdakı görüş isə saat 18:00-da başlayacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top