Abşeronda vətəndaşı girov götürdülər, külli miqdarda pul tələb etdilər — Şok təfərrüat

KRİMİNAL 19 yan 2021, 15:55
Abşeron rayonunda çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən şəxs həbs edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, rayon sakini Yusif İntiqam oğlu Fətəliyev saxlanılaraq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən Yusif Fətəliyevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə), 156.1-ci (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Yusif Fətəliyev vətəndaşın şəxsi həyat barədə məlumat toplayıb, həmin məlumatları yaymaqla hədələyib, xeyli miqdarda pul verməsini tələb edib.

Bundan başqa, o, bu hərəkətləri ilə vətəndaşın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Pulu verməkdən imtina edən vətəndaşı girov saxlayıb.

Bu hərəkətləri ilə Yusif Fətəliyev vətəndaşı özünü öldürmə həddinə çatdırmaqda da ittiham edilir.

Hazırda istintaq gedir.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top