Rəşid Mahmudov: “O dünyadayam, amma dəf kimiyəm…”

SOSİAL 18 yan 2021, 13:07
Xəbər verdiyimiz kimi, Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirusa yoluxub. Onun  COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Hazırda müalicəsi davam edən həkimin vəziyyətinin ağırlaşdığı, hətta vəsiyyət etdiyi ilə bağlı məlumatlar yayılıb.

Demokrat.az xəbər verir ki, R.Mahmudov yayılan məlumatların yalan olduğunu deyib:

"Xəstəyəm, düzdür, amma hələ ölməmişəm. Yaxşıyam dəf kimiyəm, xəbərləri yalandan jurnalistlər yayırlar. Sizin telefon zənginizə də o dünyadan cavab verirəm (gülür). Allah evinizi tiksin, ağızlarına gələn xəbərləri yazıblar, camaatı qorxudublar. Öləndə də öləcəyik, nə olsun? Narahat olmayın, o dünyada dəf kimiyəm".(yenisabah.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top