Kürəkənini bıçaqlayan şəxs hakim qarşısına çıxarılır

KRİMİNAL 15 yan 2021, 10:01
Samux rayonunda kürəkənini bıçaqlamaqda təqsirləndirilən Rafael Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatlb.

“Report” xəbər verir ki, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında rayonun Qovlarsarı kəndində baş verib.

Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Həsənov mübahisə zəminidə 1973-cü il təvəllüdlü qaynatası Rafael Ələkbərov tərəfindən bıçaqlanıb.

R.Ələkbərova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top