Vüqar Səfərli həbs edildi — EKSKLÜZİV

KRİMİNAL 14 yan 2021, 14:40
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərliyə cinayət işi açılıb.

Demokrat.az
-ın məhkəmədən əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 179.4-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə maddələri ilə ittiham elan edilib.

Onun barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində cinayət işi açılıb.

Vüqar Səfərlinin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün istintaq orqanı tərəfindən Binəqədi rayon Məhkəməsinə təqdimat verilib.

Təqdimat baxılması üçün hakim Elçin Ağayevin icraatına verilib.

Yaxın saatlarda təqdimata baxılacağı gözlənilir.

Artıq Vüqar Səfərli həbs edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top