"Ramiz Mehdiyevin varidatı dövlətə qaytarılmalıdır" — AÇIQLAMA


GÜNDƏM 14 yan 2021, 13:06
Məlum olduğu kimi, Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunub.

KONKRET.az bununla bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fikirlərini öyrənib.

Partiya sədri bildirib ki, Ramiz Mehdiyevlə Əli Həsənov şərik olub: “Ona görə də onlar barədə birgə yoxlama aparılmalıdır. Özünüz də görürsünüz ki, Ramiz Mehdiyev dövlət əleyhinə işlər görür. Onun tabeliyində olan deputatlar Ali Baş Komandanın 44 günlük Vətən müharibəsində əldə ediyi şanlı qələbəyə kölgə salmağa çalışdılar. Ona görə də düşünürəm ki, onların əllərindəki var-dövlət alınmayınca ölkədə sabitlik olmayacaq. Ramiz Mehdiyevin və Əli Həsənovun var-dövləti əlindən alınıb, vətən uğrunda döyüşən şəhidlərimizin ailələrinə, qazilərimizə verilməlidir. Çünki bu pullar onların dədələrinin deyil. Hamısı Azərbaycan büdcəsindən oğurlanan pullardır”.

Partiya sədri bildirib ki, onlar zamanında vəzifələrindən sui-istifadə edib, bu qədər var-dövlət toplayıblar: “Topladıqları var-dövlətin bir hissəsini xaricə çıxarıblar. Buradakı mülkləri də müxtəlif insanların adlarınadır. Ramiz Mehdiyev və onun komandasında olanlar başda olmaqla vəzifəsindən uzaqlaşdırılan bütün məmurların, o cümlədən Əli Həsənovun mülkləri əllərindən alınmaldır. Ramiz Mehdiyevə sağlıq deyənlərin siyahısı hazırlanmalıdır. Vətən müharibəsindən sonra ölkədə sabitliyi pozmağa çalışdılar.

Ramiz Mehdiyev şirkətlərindən əldə etdiyi pul hesabına ölkədə qarışıqlıq salmağa çalışır. Təəssüf ki, hələ də mediada Ramiz Mehdiyevin və Əli Həsənovun tör-töküntüsü qalmaqdadır. Onlar bu millətə qənim kəsiliblər. Ona görə də düşünürəm ki, onlar çox ciddi şəkildə cəzalarını almalıdır. Onlar cəzalandırılmalı, əllərindəki var-dövlətlər də vətən uğrunda canlarından, sağlığından keçən insanlara, ailələrinə verilməlidir. Elə hərbiçilərimiz var ki, 20-22 il vətəni uğrunda canlarını qoyurlar, amma kirayədə yaşayırlar. 

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top