Həmyerilimiz "Şaxtyor"dan ayrıldı — 24 nəfərin arasında yeganə azərbaycanlı idi

İDMAN 13 yan 2021, 23:27
Rusiyada “Qarabağ Moskva” komandasını yaradıb oynayan-məşqçilik edən Elnur Vəliyev ötən il Donetsk “Şaxtyor”unda məşqçi kimi çalışmaq şansı qazanmışdı. Lakin sonradan həmyerlimizin işindən ayrıldığı məlum oldu. O, hələ də Ukraynadadır, məşqçilik edir, yeniyetmələrə futbolun sirlərini öyrədir.

Offsideplus.az olaraq ölkə xaricindəki həmyerlilərimizi diqqətdə saxladığımızdan hazırda Kiyevdə yaşayan Vəliyevlə əlaqə saxlayıb “Şaxtyor”dan ayrılma səbəbini öyrəndik, hazırkı durumu və gələcəyi ilə bağlı sualları cavablandırmasını xahiş etdik.

- Donetsk “Şaxtyor”una yolunuz necə açılmışdı? Elə burdan başlayaq...

- Moskvada yaşayırdım. Həmin vaxt orda “Şaxtyor”un akademiyasına məşqçi axtarışları ilə bağlı müsabiqə keçirilirdi. Çoxlarımı kimi mən də sənədlərimi verib, CV-imi göndərdim. Günlərin birində klubunda zəng gəldi ki, bəs haqqınızda rəhbərliyə məlumat verəcəyik, siz hələ ki, verdiyimiz tapşırıqlarını yerinə yetirin. Nə tapşırıq verdilərsə, etdim. Daha sonra üzbəüz söhbətə və təlimlərə başladıq. Sınaqdan uğurla keçdim və 2019-un mayından “Şaxtyor”un U-13 komandasında köməkçi-məşqçi işləməyə başladım.

- Çox adam sənəd vermişdi?

- 800-ə yaxın məşqçi idi. Onların arasında 24 nəfər seçildi ki, yeganə azərbaycanlı mən oldum.  

- Hansı kateqoriyaya sahibsiz?

- B lisenziyam var idi. Ukraynaya gələndən sonra Kiyevdə A kateqoriyasına sahib olmaq üçün oxuyurdum. Yekunda bu sınaqdan da üzüağ çıxmağı bacardım. Həm oxuyurdum, həm işləyirdim.
No description available.
- U-13-lə nəsə edə bildiz?

- İki dəfə beynəlxalq turnirlərin qalibi olduq. Çempionatda da işlər yaxşı gedirdi, turnir cədvəlində lider idik. Lakin pandemiyaya görə yarışlar dayandırıldı. Nəticədə yarımçıq qalan çempionatın çempionu elan edildik.

- “Şaxtyor”dan niyə ayrıldız?

- Müqaviləni 1 illik bağlamışdıq. Bizi işə akademiyanın əvvəlki rəhbəri argentinalı Xorxe Rafa götürmüşdü. Pandemiyadan sonra o vəzifəsindən ayrıldı deyə, biz də ayrıldıq. Belə deyim, ixtisara düşdük.

- İndi neynirsiz? Nə işlə məşğulsuz?

- “Şaxtyor”dan ayrılandan sonra CV-imi bir neçə kluba göndərmişdim. 2020-nin yayında “Yednist”un prezidenti əlaqə saxlayıb məni komandasında köməkçi-məşqçi kimi  görmək istədiyini bildirdi. Komanda həvəskar statusu daşıyır, Ukraynanın üçüncü divizionunda çıxış edir, amma həvəskar adına heç nə yoxdur. Futbolçuların əksəriyyəti vaxtilə elitada, birinci diviizionda oynayıb.

- “Şaxtyor”da işləyəndə tanınmış simalardan kimləri görmək, ünsiyyət qurmaq imkanı qazandın?

- Adını çəkdiyim Xorxe Rafa “Boka Xuniors”, “”Barselona kimi klubların akademiyasında çalışıb. “Şaxtyor”un əvəzedici komandasının baş məşqçisi Fernando Valentenin adını çəkə bilərəm. Həmçinin bu gün akademiyada çalışan “Şaxtyor”un sabiq futbolçuları.
No description available.
Kateqoriya kurslarında Jozef Sabo, Vyaçeslav Qroznıy, Aleksandr Lısenko kimi ünlü məşqçilərdən dərs alırdıq. İndiyə qədər hər biri ilə əlaqə saxlayıram.

-Nə əcəb Azərbaycanda işləmirsiz?

- Açığı, həm “Şaxtyor” məsələsinə, həm də kateqoriya üçün Ukraynadaydım. Bu gün də işim pis deyil. Amma hərdən ağlıma Azərbaycanda işləmək, öz uşaqlarımızın inkişafına təhfə vermək keçir. Təklif olsa, oturub danışmaq olar.

- Ukraynada azərbaycanlı uşaqlar çoxdur?

- Bu dəqiqə komandamda üç azərbaycanlı var. Nurpaşa Həsənov, hansı ki, vaxtilə Ukraynanın aşağı yaş qruplarından ibarət millilərində çıxış edib. Emil Bayramov var, o da Azərbaycanın U-19-una dəvət almışdı. Kamran İsmayılovun adını çəkə bilərəm. David Orucov “Karpatı”nın yetirməsidir, “Dinamo” məktəbini keçib, “Kolos”un U-19-da oynayırdı. Mən “Şaxtyor”da olanda Əli və Ruslan Xəlilovlar vardı, indi U-14 komandasında oynayırlar. Hazırda “Şaxtyor”un U-13-də Səfərov Məhəmməd oynayır.

İkinci liqada Məqsud Ələkbərov oynayır, Tuqay Əliyevlə Samir İsmayılov “Mariupol”un U-19-nun formasını geyinir, Eldar Quliyev “Mariupol”un əsas komandasındadır, Rüstəm Əhmədzadə “Minay”ın əvəzedici komandasındadır, “əsas”a da dəvət alır. “Rubikon”dan Orxan İbadovu qeyd edə bilərəm.

- “Qarabağ Moskva”dan nə xəbər var?

- Pandemiya və karantinlə əlaqədar hələ ki, sakitlikdir. Ola bilsin, 10-15 günə uşaqlar yığışıb oynasınlar. Sponsorlardan dəstək gözləyirik. Özüm yaratdığım klubdur, tanıdığım yoldaşlara tapşırmışam.
824aa407 c6cb 417a 8847 8df7dca7e675

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top