Həbs edilən “Azərxalça” sədrinin oğlu Səbail RPİ rəisi vəzifəsindən istefa verdi?

GÜNDƏM 11 yanvar 2021, 12:11
Ötən gün həbs edilən "Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradovun oğlu tutduğu vəzifədən istefa verib.

Demokrat.az xəbər verir ki, V.Muradovun oğlu, polis polkovniki Cavid Muradov Səbail Rayon Polis İdarəsi rəisi vəzifəsindən istefa verib. Onun işdən azad edilməsi ilə bağlı ərizəsini Daxili İşlər Naziri Vilayət Eyvazova təqdim etdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamaya görə, hələlik bununla bağlı rəsmi bir məlumat yoxdu.(mediapost.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyun 2025, 00:27
Top