Bakıda dünya çempionlarımızın şərəfinə KONSERT KEÇİRİLİR

İDMAN 08 iyun 2025, 21:44
Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə paytaxtda konsert keçirilir.

Demokrat.az xəbər verir ki, “Çempionlar şənliyi” (“Champions Fest”) adlanan tədbir saat 20:30-da Qoşa Qala qapısı və “Azərbaycan” kinoteatrının yaxınlığında başlayıb.

Konsert proqramında tanınmış müğənnilər ifa edirlər, giriş pulsuzdur.

Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığmasını məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında keçirilən qarşılaşma millinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyun 2025, 00:27
Top