“İlk dəfədir…” — Xoşqədəm Hidayətqızı atasından yazdı

ŞOU-BİZNES 08 iyun 2025, 12:09
Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı atası ilə bağlı paylaşım edib.

Demokrat.az Globalinfo.az-a istinadən xəbər verir ki, aparıcı hazırkı itkinin ona çətin olduğunu bildirib.

“Sənsizliyimin ilk gecəsi ağır keçdi, ata. Mən təkcə atamı yox, həm də həyatdakı tək dostumu, sirdaşımı, ürək yoldaşımı itirmişəm. Belə çarəsizliyi, çətinliyi ilk dəfədir yaşayıram. Sevdiklərinizə zamanında sarılın”, – deyə Hidayətqızı qeyd edib.

Xatırladaq ki, əməkdar jurnalistin atasının xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

Xoşqədəm Hidayətqızının anası Ofelya Baxşəliyeva da bu ilin aprel ayında dünyasını dəyişmişdi.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 iyun 2025, 11:27
Top