Paşinyanın karvanı qəzaya düşüb, mühafizəçilərdən bəziləri xəsarət alıblar

DÜNYA 08 iyun 2025, 22:29
Nikol Paşinyanın avtomobil karvanı Zəngəzurdan qayıdarkən, Armaş kəndində qəzaya düşüb, mühafizəçilərdən bəziləri də xəsarət alıblar.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Məlumata görə, Paşinyanın karvanı sakin Şahnazaryan Yuriki vurub. Sonuncu təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Ermənistan Daxili İşlər Nazirliyi (DİN) Paşinyanın avtomobil karvanının qəza ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Ermənistan DİN Ağrı vilayətində baş verən qəzanın videosunu yayıb.

“Videoda açıq-aydın görünür ki, Patrul Xidmətinin növbətçi qrupu hərəkətdə olarkən, mobil telefondan istifadə etdiyinə görə “Nissan” markalı avtomobili saxlayıb. Bundan sonra VAZ markalı avtomobilin sürücüsü qəzalı vəziyyət yaradır. Nəticədə həmin yolla hərəkət edən “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, VAZ markalı avtomobillə, daha sonra isə yolun sağ tərəfində dayanmış Patrul Xidmətinin avtomobili ilə toqquşur. Bu qəza ilə bağlı mətbuatda məlumatlar yayılıb ki, Ermənistan Baş nazirini müşayiət edən avtomobil karvanı da iştirakçıdır. Bu məlumatın reallıqla heç bir əlaqəsi olmadığını bildiririk və təsdiqlənməmiş, yoxlanılmamış məlumatları yaymamağa çağırırıq”, - deyə Ermənistan DİN polisinin yaydığı videoda vurğulanıb.

Qeyd edək ki, bu, Paşinyanın karvanının iştirakı ilə baş verən ilk qəza deyil. İllər əvvəl Paşinyanın karvanı hamilə Sona Mnatsakanyanı da vurmuşdu və qadın ölmüşdü. (Ordu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyun 2025, 00:27
Top