Rəsul Quliyev radikal müxalifətə qəzəbləndi: “Ağlınız olsaydı...”

DAXİLİ SİYASƏT 25 dek 2020, 10:13
“Azərbaycanın qətiyyətli Prezidenti İlham Əliyev və müdrik Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəngilan və Qubadlı rayonlarına səfər ediblər. Səfər zamanı Prezident avtomobili sürə-sürə ətrafındakı dağıdılmış ərazilərin şərhini verib, Qubadlıda çox geniş çıxış edib. Prezidentin Azərbaycan dilində ona məxsus leksikonu formalaşıb. Bu, çox güclü təəssürat yaradır. Dövlət başçısı viran edilmiş Azərbaycan torpaqlarının necə bərpa ediləcəyini dərindən bilir və insanlarda “Bu işi görəcək” inamını yaradır”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev bildirib ki, Azərbaycanın administrativ inzibati siyasətində dəyişiklik olmalıdır: “Dağlıq Qarabağ administrativ regionu yaradılmalıdır. Bu regionun paytaxtı Şuşa, böyük şəhərləri Laçın və Xankəndi olmalıdır. Bu ağır və şərəfli işdə uğurlar arzu edirəm”.

Sabiq spiker mövqeyinə görə tənqid edilməsinə də münasibət bildirib: “Yazılarıma verdiyiniz qiymət çox ucuz, cılız və ağılsızlıq nümunəsidir. Yazılarımın Azərbaycana qayıtmaq arzumla heç bir əlaqəsi yoxdur. Bir balaca ağlınız olsaydı, “Nə üçün Azərbaycana qayıtmağa cəhd edir?” sualına cavab verərdiniz. Nə üçün? İnsanda beyin düşünmək üçün verilib, cəfəngiyat yazmaq üçün yox”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top