İqor Dodon Prezident İlham Əliyevi təbrik etdi

XARİCİ SİYASƏT 24 dek 2020, 18:46
Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Demokrat.az
-ın məlumatına görə, mətndə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun və səmərəli ömür, firavanlıq və qarşınıza qoyduğunuz məqsədlərin gerçəkləşməsində böyük uğurlar arzu edirəm.

Əminəm ki, Sizin Prezident vəzifəsində çoxşaxəli fəaliyyətiniz bütünlüklə Azərbaycanın əməksevər xalqının firavanlığı naminə onun müstəqilliyinin möhkəmlənməsi və iqtisadi potensialının artırılması işinə xidmət edəcək.

Ümidvar olduğumu bildirirəm ki, uzun illər boyu ölkələrimizi bir-birinə bağlayan dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma ənənələri bundan sonra da möhkəmlənəcək və konstruktiv məcrada hərtərəfli inkişaf edəcək.

İcazə verin, bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha ürəkdən təbrik edim, Sizə və ailənizə xoşbəxtlik, sülh və firavanlıq diləyim".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top