Avropa birinciliyinin iştirakçısı qazi Ruhin Ələkbərli — VİDEO

GÜNDƏM 24 dek 2020, 10:14
Vətən Müharibəsinin daha bir könüllüsü, sambo idman növü üzrə beynalxalq turnirlərin qalibi, Avropa birinciliklərinin iştirakçısı, qazi Ruhin Ələkbərlidir. 

Gəncədə dünyaya göz açan R.Ələkbərli 27 sentyabrda başlayan hərbi əməliyyatlarda iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə dəfələrlə müraciət edib.

Müqəddəs Vətən savaşında R.Ələkbərli bir çox əməliyyatlarda iştirak edib. Hadrut, Cəbrayıl, Füzuli və digər rayonların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhramancasına savaşıb. Ruhin bir neçə yaralı döyüş yoldaşını ölümdən xilas edib. 

Qazi mülki həyatında idmanla məşğul olub. 10 yaşından etibarən sambo idman növü üzrə böyül uğurlara imza atıb. 

Məşqiçisi Araz Muxtarov deyir ki, heç bir qüvvə qəhramanımızı döyüşlərə qatılmaqdan çəkindirmədi. 

Şərəfli döyüş yolu keçən bu igidlərin gücü sayəsində Azərbaycan xalqı tarixi qələbəsini qazandı, Azərbaycan dövləti isə öz tarixi sərhədlərini bərpa etdi.



Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top