Tərtərdə şəhid Elvin Quluzadənin ailəsi üçün təsərrüfat yaradıldı

SOSİAL 23 dek 2020, 21:57
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Tərtər rayonunda yaşayan şəhid ailəsi ilə görüşüblər.

Nazirlikdən verilən məlumata görə, dörd nəfərdən (şəhidin atası, anası və iki qardaşı) ibarət ailədə şəhidin iki qardaşından biri hərbi xidmətdədir. Ailənin digər üzvlərinin işsiz olduqları və istəkləri nəzərə alınaraq, növbədənkənar özünüməşğulluq proqramına cəlb ediliblər. Qısa müddətdə də onlara aktivlər verilib və ailə üçün təsərrüfat yaradılıb.

Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlərin təyin olunması işlərinin aparıldığı, şəhid ailələrinin malik olduqları hüquqlar barədə də məlumat verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top