Bakı sakinləri Yeni il yarmarkalarından razıdırmı? — Videoreportaj

SOSİAL 22 dek 2020, 23:09
Dekabrın 21-dən etibarən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan “Kənddən şəhərə” Qış Yarmarkası fəaliyyətə başlayıb.

Pandemiyanın yayıldığı ərəfədə yarmarkanın təşkil edilməsi digər illərlə müqayisədə vəziyyəti bir qədər çətinləşdirib.

Musavat.com-un reportyor qrupu olaraq, “Gənclik” metrostansiyası yaxınlığında təşkil olunan yarmarkada müşahidələr apardıq. İlk olaraq pandemiyayla bağlı görülən tədbirlərlə maraqlandıq.

Öyrəndik ki, bazarın girişində könüllülərdən ibarət bir qrup gənc gələn şəxslərin hərarətini ölçür, əllərini dezinfeksiya edir.
Həmçinin bazarda fəaliyyət göstərən fermerlər təşkilatçılar tərəfindən zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunublar. Eləcə də, yarmarkada virusdan qorunmağın yollarını göstərən məlumat lövhələri quraşdırılıb.

Daga ətraflı məlumatı aşağıdakı videodan ala bilərsiniz.

Qeyd edək ki, Dekabrın 31-nə kimi davam edəcək “Kənddən Şəhərə” Qış yarmarkası Bakı və Abşeronda 3 ünvanda fəaliyyət göstərəcək.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top