Ramin Bayramlı hansı vaksini vurduracağını AÇIQLADI

SOSİAL 22 dek 2020, 22:04
“Mən vaksin mütləq vurduracam. Vaksinin nəticəsinə inanıram”.

Demokrat.az xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı “Mir Şahini vaxtı”na açıqlamasında deyib. O istifadə edəcəyi vaksin növünü də açıqlayıb:

“Vaksinasiya strategiyasına uyğun olarsa, valideynlərimə də, ailə üzvlərimə də peyvənd vurduracam. Hansı vaksinə gəlincə, mən şəxsi qənaətimi deyirəm: inaktiv vaksindən istifadə edəcəm.

Çünki inaktiv vaksinlər artıq illərdir ki, sınaqdan çıxıb. Bu əsla digər vaksinlərin effektivliyini kölgə altına salmaq kimi qiymətləndirilməməlidir. Ancaq daha çox əmin olmaq var. Daha çox əmin olduğumuz həmin bu inaktiv vaksinlərdir. Hansı ki təbii yolla çoxaldılır və virus tam öldürülür, kimyəvi maddəyə çevrilir və insan orqanizminə yeridilir. Məhz bu baxımdan təhlükəsizliyindən tam əmin olduğum inaktiv vaksindən istifadə edəcəm” (qafqazinfo).

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top