Qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimiz — VİDEO

GÜNDƏM 22 dek 2020, 10:47
Vətən müharibəsi başlayan gündən könüllü olaraq döyüşə yollanan Goranboy rayonunun Düzqışlaq kənd sakini şəhid Elşən Zeynalov, Tərtərin Suqovuşan kəndinin düşməndən azad edilməsində fəal iştirak edib. 

Baku TV xəbər verir ki, bir bacının yeganə qardaşı olan E.Zeynalov, doğmları ilə oktyabrın 12-nə qədər əlaqə saxlayıb. Sonuncu dəfə atasına özündən və ailə üzvlərindən muğayat olmağı tapşırıb. 

Düzqışlaq kəndinin daha bir şəhidi Eldar Baxşıyevdir. 

Nənəsi Rahilə Məsimova böyük nəvəsi olan Eldarın çağırış vərəqəsi alarkən sevinərək döyüşə yollandığını deyir. 

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ruhu şaddır. Çünkü düşmən tapdağından azad edilən torpaqlarımızda artıq Azərbaycan bayrağı dalğalanır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top