Gələn il Bakıya daha 355 yeni avtobus gətiriləcək

SOSİAL 21 dek 2020, 19:13
Gələn il Bakıya daha 355 yeni avtobus gətiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, paytaxtın marşrut şəbəkəsi üçün yenilik hesab olunan BMC markalı Neocity 9 metrlik sərnişin avtobuslarının alınması sayəsində mümkün olacaq.

Avtobusların paytaxta çatdırılmasına növbəti aylardan başlanılacaq. Bakı Nəqliyyat Agentliyi ilə qardaş Türkiyənin “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında imzalanan müqaviləyə əsasən 2021-ci ildə şəhərimizə ümumilikdə 205 ədədi 9, 150 ədəd isə 12 metr olan sərnişin avtobusları alınacaq.

Müqavilə Dekabrın 10-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə imzalanıb. Bundan dərhal sonra isə BMC markalı Neocity 9 metrlik avtobusa sınaq baxışı keçirilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti qardaş ölkənin İzmir şəhərinə səfər edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top