Türkiyə Suriyada daha 4 PKK terrorçusunu məhv etdi

DÜNYA 21 dek 2020, 13:22
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı “Barış Pınarı” bölgəsinə daxil olmaq istəyən terrorçuları məhv edib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“PKK/YPG terror təşkilatının “Barış Pınarı” bölgəsindəki əmin-amanlıq və təhlükəsizlik mühitini pozmasına imkan vermədik, verməyəcəyik.

Bölgədə bütün tədbirləri görən qəhrəman komandolarımız PKK/YPG terrorçularını zərərsizləşdirib”, - məlumatda vurğulanıb.(report.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top