Son sutkada İranda koronavirusdan 177 nəfər vəfat etdi

DÜNYA 20 dek 2020, 19:08
İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 177 nəfər vəfat edib.

Demokrat.az-ın məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 53 645 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 6312 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 1158384 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 885 054 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 5563 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top