"Ermənistan SSRİ sərhədlərini tanıyırsa, deməli, Qarabağdan imtina edir" — Xocalı qatilindən Paşinyana ETİRAZ

QARABAĞ 19 dek 2020, 23:00
“Sovet İttifaqının sərhədlərini tanıyırsınızsa, deməli, “Artsax”ı (Dağlıq Qarabağ-red) Azərbaycanın bir hissəsi hesab edirsiniz?”.

Demokrat.az
xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan parlament sədri Ararat Mirzoyana ünvanladığı müraciətdə vurğulayıb.

Erməni mətbuatının yaydığı məlumatda deyilir ki, "Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Ermənistan parlamentinin sədri Ararat Mirzoyana açıq məktub ünvanlayıb. Müraciətdə deyilir: 

“Cənab Mirzoyan, Ermənistan parlament idarəetmə formasına sahib bir dövlətdir və siz parlamentin rəhbərisiniz, ixtisasca tarixçisiniz. Bu gün dövlətimizin sərhədləri Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana görə, Sovet İttifaqının sərhədlərini qeyd etmək üçün Syunikdə (Zəngəzur-red) çəkilir.

Onda sizə 3 sualım var:

1․ Sovet İttifaqının 32 ildən bəri mövcud olmayan sərhədlərini tanıyırsınız? 1921-ci ildə Erməni “Artsaxı”nın Stalinin əmri ilə Sovet Azərbaycana necə köçürüldüyünü tarixdən bilirsiniz?

2. Sovet İttifaqının sərhədlərini tanıyırsınızsa, deməli “Artsax”ı Azərbaycanın bir hissəsi hesab edirsiniz?

3. Düşünmürsənmi ki, dövləti 32 il geri çəkərək, erməni xalqının azadlıq mübarizəsini, “Artsax” müharibəsini  bir heçə çevirdiniz. Müstəqil Ermənistan tarixinin məhv edilməsində və ümumiyyətlə, Ermənistanın sivil dünyada “yaramaz ölkəyə” çevrilməsində iştirakçı oldunuz?".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top