Əfqanıstan Prezidentinin müşaviri Bakıya səfər edəcək

XARİCİ SİYASƏT 19 dek 2020, 17:49
Əfqanıstan İslam Respublikası Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Hamdullah Mohib və Prezident Administrasiyasının (PA) rəhbəri Mohammad Şakir Kargarın rəhbərlik etdiyi nümayəndə heyəti 20-22 dekabr Bakı şəhərində səfərdə olacaq.

Bu barədə "Report"a Əfqanıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

"Səfərdə məqsəd, Əfqanıstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin hazırki səviyyəsi barədə müzakirələr aparmaq, təhükəsizlik sahələrində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Nümayəndə heyətinin yüksək səviyyəli görüşləri planlaşdırılır", - deyə diplomatik nümayəndəliyin məlumatında qeyd olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top