"YAŞAT" ilə bağlı bloggerlərlə görüş keçirildi — FOTO


GÜNDƏM 19 dek 2020, 17:30
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev  tanınmış blogger, aparıcı, mədəniyyət və incəsənət nümayəndələri ilə videokonfrans formatında görüşüb.

Öncə Ülvi Mehdiyev iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbə münasibətilə  təbrik edib. Sonra "YAŞAT" Fondunun yaradılması, onun fəaliyyət istiqamətləri və gələcək hədəflər barədə məlumat verilib. 

Görüş çərçivəsində iştirakçıların  “YAŞAT” Fondu, eləcə də elektron hökumət quruculuğu sahəsində çoxsaylı sualları cavablandırılıb, təklifləri qeydə alınıb.

2-ci “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində reallaşan görüşdə Elektron Hökumətinin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov isə Azərbaycanda elektron hökumət quruculuğu, ekosistem, Mərkəz tərəfindən reallaşdırılan layihələr barədə məlumat verib.

No description available.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top