Hulusi Akar: “Generalımız və digər əməkdaşlarımız Azərbaycana getməyə hazırdır”

GÜNDƏM 18 dek 2020, 10:14
“Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi davam edir. Generalımız və digər əməkdaşlarımız ora getməyə hazırdır”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

“Bundan başqa, ora minatəmizləyən mütəxəssislərimizi də göndərmişik. Həm təlim keçirlər, həm də ərazini yoxlayacaqlar. Türkiyə Silahlı Qüvvələrinin mina axtarma və təmizləmə üzrə iki heyətini Azərbaycana göndərmişik. Atəşkəsə ümumilikdə riayət edilir. Ruslar bu mövzuda diqqətlidirlər. Hadisələri izləyirik”, - o vurğulayıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top