Futbol çempionatında “YAŞAT turu” elan edildi

İDMAN 17 dek 2020, 18:53
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb.

Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Fonda fiziki və hüquqi şəxslər könüllülük əsasında ianələr edə bilərlər. Peşəkar Futbol Liqası birbaşa üzvləri olan Premyer Liqa klubları ilə birgə XII turu “YAŞAT turu” elan edib.

Bu Vətəni YAŞATmaq üçün minlərlə can qurban oldu! “YAŞAT” Fonduna ianə edərək sinəsini hərbə meydan edənləri və onların  ailələrini yaşadaq! “YAŞAT” Fonduna ianələrinizi www.asanpay.az portalı və ya “ASAN ödəniş” mobil tətbiqi üzərindən də bir klik ilə həyata keçirə bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top