Vilayət Eyvazovdan yeni TƏYİNAT


HADİSƏ 16 dek 2020, 22:21
Bakı şəhəri, Binəqədi rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinə yeni rəis təyin edilib.

Demokrat.az xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı, polkovnik-leytenant Cəmşid Hənifəyev Binəqədi rayon DYP Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Binəqədi rayon DYP şöbəsinin rəisi vəzifəsindən azad olunan polis mayoru Mərdan Əliyev isə Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Cəmşid Hənifəyev əvvəllər Səbail rayon DYP Şöbəsinin rəisi vəzifəsində çalışıb. /“Report” 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top