“NATO rəhbərliyi çalışacaq ki, Türkiyəyə yönəlik sanksiyaların təsirini minimuma endirsin”

DÜNYA 16 dek 2020, 21:16
ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar qardaş ölkədə olduğu kimi, Azərbaycanda da haqlı narazılıqla qarşılanmaqdadır.

Bəs ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi bu sanksiyalar NATO daxilində parçalanma və gərginliyə səbəb ola bilərmi? Mümkündürmü ki, proseslər Türkiyənin NATO-dan çıxması ilə nəticələnsin?

Demokrat.az bildirir ki, "moderator.az"-a açıqlama verən politoloq İlqar Vəlizadə bu ehtimalın reallıq payının az olduğunu vurğuladı:

“Türkiyənin NATO-dan uzaqlaşacağını düşünmürəm. Türkiyə NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır. NATO-da ABŞ-dan başqa da üzvlər var. Onlar da Türkiyə ilə münasibətlərin qorunub saxlanılmasında maraqlıdır. Baxmayaraq ki, NATO daxilində Türkiyənin sanki təklənməsi görüntüsü var. Müxtəlif ölkələr Türkiyə ilə bağlı irad və narazılıqlar bildirirlər. Lakin bunlar Türkiyənin NATO-dan çıxması ilə nəticələnə biləcək məsələlər deyil.

Türkiyə gücləndikcə, Türkiyənin regiondakı rolu artdıqca, NATO da Türkiyə ilə məhsuldar əməkdaşlıq qurmağa məcbur olacaq. Bəzi regionlarda Türkiyə NATO-nu əvəz edir, NATO-nu təmsil edir. NATO rəhbərliyi çalışacaq ki, Türkiyəyə yönəlik sanksiyaların təsirini minimuma endirsin. Sanksiyalar NATO daxilindəki proseslərə təsir göstərməsin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top