Azərbaycanda aylıq maaşı 9 500 manat olan iş yeri boşdur

SOSİAL 16 dek 2020, 10:14
“Hazırda vakansiya bankında 30 minə yaxın iş imkanı mövcuddur”.

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli məlumat verib.

O bildirib ki, vakansiyalar üzrə əməkhaqqı 250 manatdan 9,500 manatadək dəyişir: “İstənilən şəxs öz bilik və bacarığına uyğun vakansiya seçib göndəriş formalaşdıra bilər. Göndərişlərin işsiz şəxsə uyğunluğu məşğulluq mərkəzləri tərəfindən təsdiq edilərək işəgötürənlərə yönləndirilir”.

Xidmət rəisi qeyd edib ki, yaxın vaxtlarda vakansiya bankı yeni innovativ yanaşma ilə fəaliyyət göstərəcək: “Süni zəkanın köməkliyi ilə iş axtaranlara vakansiya, işçi axtaranlara isə müvafiq əməkdaş insan müdaxiləsi olmadan təklif olunacaq”.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top