SMS icazə ilə bağlı mühüm xəbər

SOSİAL 15 dek 2020, 22:11
Covid-19 virusunun qarşısının alınması məqsədi ilə cari ilin may ayında istifadəyə verilən E-təbib mobil tətbiqində yeniliklər var.

Demokrat.az xəbər verir ki, tətbiqə Laboratoriya analizlərinin cavabları və İcazələr modulu əlavə edilmişdir.

Vətəndaşlar öz mobil nömrələrini yazmaqla tətbiqə daxil ola bilərlər. Şəxsi kabinetdə məlumatları daxil edərək əlavə edilmiş modullardan istifadə edə bilərlər.

İcazələrin alınması zamanı 2 seçim veriləcəkdir.

Zəruri olan seçimi qeyd edərək vətəndaş icazəsini ala bilər. E-təbib mobil tətbiqi ilə alınmış icazələrin cavab mesajları 5 dəqiqə ərzində tətbiqdə öz əksini tapacaqdır. Həmçinin Daimi icazələri olan vətəndaşlar da hüquq mühafizə orqanlarına Daimi İcazə bölməsindəki məlumatları təqdim edə bilərlər.

Qeyd edək ki, cari ilin may ayından bugünə qədər 400.000-dən çox yüklənmə həyata keçirilib. Son 1 ayda Covid-19 virusunun geniş yayılması ilə əlaqədar mobil tətbiq istifadəçilərinin sayı bir neçə dəfə artmışdır.

E-təbib mobil tətbiqi Android və İOS platformalarından yüklənə bilər.

Android : //play.google.com/store/apps/details?id=az.gov.etabib

iOS : //apps.apple.com/az/app/e-tabib/id1514777201

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top