Xırdalanda daha bir küçə əsaslı şəkildə yenidən qurulur — FOTOLAR

SOSİAL 15 dek 2020, 17:17
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığı və Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə əsaslı şəkildə yenidən qurulan Məhəmməd Əmin Rəsulzadə küçəsinin uzunluğu 1120 m , eni isə ortalama 14 m təşkil edir. Asfaltlanma işləri 24 min kv.m sahəni əhatə edir.
    
Demokrat.az
xəbər verir ki, layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün piyada səkiləri yenidən qurulub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Ümumilikdə küçə boyu 1400 p-metr yeni səki daşının düzülməsi işləri aparılıb. Bundan başqa yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

Hazırda adı çəkilən küçədə asfaltlanma işləri aparılır.
    
Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.








 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top