Səfir: “Rusiya Suriyadakı üsullarından istifadə etməyə çalışır” — “Türkiyə hərbçilərinin Dağlıq Qarabağa yerləşdirilməsi sürətlənməlidir”

QARABAĞ 14 dek 2020, 19:02
Azər Xudiyev: “Dağlıq Qarabağın tam olaraq Rusiya hərbiçilərinin nəzarəti altına keçməsi təhlükəsi meydana gəlir”


“Hadrudda törədilən təxribatda “gizli əl” faktoru var. İndi ermənilər elə vəziyyətdədirlər ki, havadarlarının icazəsi olamadan heç bir addım ata bilməzlər. Xüsusilə, Hadrud təxribatında az sayda erməni silahlısının iştirak etdiyi faktdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analtiki, səfir Azər Xudiyev bildirib.

Azər Xudiyev bölgədə yerləşən Rusiya sülhməramlılarının ermənilərə tərəf olduğunu söyləyib:

“Döyüşlər zamanı Azərbaycan Ordusu düşməni darmadağın edib, onların az sayda qalıqları isə qaçıb meşələrdə gizlənə biliblər. İndi bu qədər az qüvvə ilə güclü Azərbaycan Ordusunun əlindən hansısa kəndi almaq olar? Bu, mümkün deyil. 

Proseslər də göstərdi ki, Azərbaycanın təhlükəsizlik qüvvələri qısa müddətdə iki kəndi tam təmizlədi və hətta, qaçıb gizlənmiş erməni silahlısını əsir götürdü. Lakin daha maraqlısı ondan ibarətdir ki, Rusiya sülhməramlıları dərhal özlərini ora yetirdilər və guya münaqişə edən tərəflər arasında yer aldılar. İndi sual olunur ki, Azərbaycan ordusu ilə bir neçə erməni silahlısı münaqişə edir? 

Nikol Paşinyan özü bəyan edib ki, Hadrudda rus sülhməramlıları yox idi. Belə çıxır ki, məqsəd sülhməramlıları ora yerləşdirmək imiş. Onların komandiri Rüstəm Muradovun verdiyi məlumata görə, artıq əraziyə nəzarət edirlər.

Bundan başqa, Azərbaycanda bir bir sıra ekspertlər təxribatın olduğu kəndlərin strateji əhəmiyyətini vurğulayırlar. O məntəqələr Dağlıq Qarabağın inzibati ərazisi ilə yanaşı, Şuşa üçün də əhəmiyyət daşıyır. Ehtimal olunur ki, oradan Şuşaya uzaq nəzarəti həyata keçirmək olar.

Belə çıxır ki, bu təxribatı törədənlər özlərindən yeni süni təmas xətti formalaşdırırlar və ora rusları yerləşdirirlər. 

Sual olunur: bu üsulla zaman-zaman təmas xətti rezin kimi genişlənsə və oralara ancaq rus əsgəri yerləşsə, nəticə necə ola bilər? 

Düşünürəm ki, bu, çox təhlükəli gedişatdır. Suriya təcrübəsi də göstərir ki, Rusiya bu cür üsullardan istifadə etməyə çalışır. Buna görə də tədricən Dağlıq Qarabağın tam olaraq Rusiya hərbiçilərinin nəzarəti altına keçməsi təhlükəsi meydana gəlir”. 

Səfir əlavə edib ki, Türkiyə hərbiçilərinin sülhməramlı kimi böygəyə yerləşdirilməsi sürətlənməlidir:

“Əks halda, risklər çoxalır”. 


Zaur Hacılı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top