Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq lazımdır — Paşinyan

QARABAĞ 14 dek 2020, 13:02
"Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq lazımdır. Azərbaycan indi daha güclüdür, bu vəziyyətlə barışmaq məcburiyyətindəyik"

Demokrat.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik etdiyi Təhlükəsizlik Şurasının iclasında belə deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, təmas nöqtələri tapmağa çalışmaq lazımdır.

N.Paşinyan müharibə üzrə İstintaq Komissiyası yaratmağa hazır olduğunu da bəyan edib.

Nikol Paşinyan onu da bildirib ki, xalq məhkəməsi qarşısında durmağa hazırdır, amma istefa verməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top