SOCAR yanacaqdoldurma məntəqələrində QR kodla ödənişlərə endirim edilir — FOTOLAR

SƏNAYE VƏ ENERGETİKA 14 dek 2020, 11:53

SOCAR-ın yanacaqdoldurma şəbəkəsində QR-ödəniş xidməti tətbiq edilib.

“SOCAR Petroleum” QSC, “E-pul” ödəmə xidməti və “Visa”nın birgə layihəsi çərçivəsində “SOCAR” brendinə məxsus bütün yanacaqdoldurma məntəqələrində QR kod əsasında təmassız ödəniş xidmətinin tətbiqinə başlanılıb.

Bu yeni ödəmə xidməti vasitəsilə müştərilər “E-pul” mobil əlavəsini öz smartfonlarına yükləyərək, SOCAR-ın yanacaqdoldurma şəbəkəsində QR kodla təhlükəsiz və təmassız ödəniş etməklə yanacaq əldə edə biləcəklər.

Bildirilib ki, ödəniş edərkən avtomobildən çıxmağa ehtiyac qalmayacaq. Beləliklə, COVID-19 pandemiyası dövründə xüsusi əhəmiyyəti olan QR kodla təmassız ödəniş şəraiti SOCAR-ın yanacaqdoldurma şəbəkəsinin müştəriləri üçün artıq təmin edilib.

Qeyd edilib ki, “Nağdsız ödəniş və fiziki kontaktların məhdudlaşdırılması bugünkü pərakəndə bazarlarının əsas tendensiyalarının tələblərini əks etdirən və innovativ olan QR-ödəmələr xidmətinin vacib xüsusiyyətləridir.

“SOCAR Petroleum” QSC-nın Baş direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib ki, “Visa” və “E-pul” mobil əlavəsinin QR kodla ödənişlərin SOCAR-ın yanacaqdoldurma şəbəkəsində tətbiqi müştərilər üçün yeni rahat və təhlükəsiz ödəmə şəraiti yaradacaq, müştəri məmnuniyyətinin səviyyəsinin artırılmasına töfhə verəcək, bu isə SOCAR-ın prioriteti hesab olunur.

Əlavə olaraq, bu layihə çərçivəsində “Visa” və “E-pul” ilə birlikdə 2020-ci ilin 14 dekabr tarixindən təşviqat kampaniyasına start verilir. Belə ki, SOCAR yanacaqdoldurma şəbəkəsində “E-pul” mobil əlavəsindən və “Visa” kartından istifadə edərək, ilkin olaraq QR kodla ən azı 10 AZN məbləğində ödəniş edən hər bir müştəri 5 AZN məbləğində endirim əldə edəcək.

QR kod ödəmə xidmətindən istifadə etmək üçün aşağıdakı qeyd olunan şərtlərə əməl etmək lazımdır:

“E-pul” əlavəsini Android və ya IOS üçün yükləmək;

Qeydiyyatdan keçib, “Visa” kartını bu təhlükəsiz mobil əlavə vasitəsilə əlaqələndirmək;

Operator avtomobili doldurduqdan sonra, yanacaqdoldurma pompasının üzərində quraşdırılmış QR kodun skan edilməsi;

Mobil əlavədə alınan yanacağın dəyəri görünməli;

Smartfondan ödəniş olunarkən məbləğ kart hesabından avtomatik olaraq silinəcək, ödəniş məlumatları “E-pul” əlavəsinin tarixçəsində saxlanılacaq;

Kassa çeki operator tərəfindən müştəriyə təqdim ediləcək.(oxu.az)



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top