Şamaxılı qazi böyük coşqu ilə qarşılandı — VİDEO

GÜNDƏM 14 dek 2020, 11:21
44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən qazilərimiz, igidlərimiz doğmalarının yanına qayıdır. Həmin qəhrəmanlardan biri də Şamaxıdan Vətən müharibəsinə yollanan Qabil Abasəliyevdir.

Qələbə müjdəsi ilə qayıdan qəhrəmanımız ilk olaraq Vətən uğurda canından keçən döyüş yoldaşlarının məzarını ziyarət edib.

Sonra avtomobil karvanı ilə yaşadığı Mədrəsə qəsəbəsinə yollanıb.

Qəsəbə sakinləri xalqın qəhrəmanına çevrilən igidimizi böyük coşqu və sevgi ilə qarşılayıblar.

Ailəsi Q.Abasəliyevin gəlişi şərəfinə qurbanlar kəsib. Uzaqda olan qohumlar isə telefonla təbriklərini çatdırıblar.

Döyüşlərdə iştirak edən qəhrəmanımız qüdrətli ordumuzun qarşında dayana bilməyən düşmənin acizliyindən danışıb.

Övladı ilə qürur duyan ana qələbə xəbərini çatdıran Ali Baş Komandan İlham Əliyevə qazi anaları adından təşəkkürünü bildirib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top