Türkiyə Superliqası: Liderdən qələbə, çempiondan məğlubiyyət

İDMAN 13 dek 2020, 23:53
Türkiyə Super Liqasında XII tur davam edir.

Demokrat.az xəbər verir ki, bu gün turun daha 3 qarşılaşması baş tutub. 

"Beşiktaş" lider “Alanyaspor”un qonağı olub. Matç meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son çempion “Başakşəhər” isə evdə uduzub. İstanbullular “Qaziantep” qarşısında aciz qalıb.

Autsayderlər qrupunda yer alan “Ərzurum BB” ilə “Gənclərbirliyi”nin duelinin taleyini bir qol həll edib. Ankara təmsilçisi səfər qələbəsinə sevinib.

Qeyd edək ki, tura dekabrın 14-də yekun vurulacaq.


Türkiyə Super Liqası
XII tur
13 dekabr


“Ərzurum BB” – “Gənclərbirliyi” – 0:1
Qol: Yılmaz, 81

“Alanyaspor” – “Beşiktaş” – 2:1
Qollar: Bakasetas, 26 (pen.), Binqol, 80 – Abubakar, 90 (pen.)

“Başakşəhər” – “Qaziantep” – 1:2
Qol: Kriveli, 56 – Miralyas, 44, Demir, 74

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top