Koronavirus Türkiyədə daha 218 nəfərin həyatına son qoydu


DÜNYA 13 dek 2020, 23:10
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı sərtləşdirilmiş məhdudiyyətlər davam edir. Dekabrın 11-də yerli vaxtla saat 21.00-da tətbiq olunan növbəti 56 saatlıq “Evdə qal” rejimi sabah saat 05.00-ə qədər qüvvədədir. Bütün bu tədbirlərə baxmayaraq gündəlik yoluxma və ölüm halları artmaqdadır.

Demokrat.az
xəbər verir ki, mütəxəssislər, eləcə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin üzvləri hesab edirlər ki, son iki həftədə tətbiq olunan sərtləşdirilmiş məhdudiyyətlərin noyabrın sonundan başlayaraq nəticə verəcəyi gözlənilir.

Səhiyyə Nazirliyinin məlumatına görə, dekabrın 13-da Türkiyə üzrə 181 min 199 nəfər testdən keçirilib. Onlardan 26 min 919 nəfərdə virus əlaməti aşkarlanıb, 5 min 103 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 218 nəfər ölüb, 22 min 201 nəfər isə sağalıb.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top