Əfqanıstanda yenə qan töküldü — Ölənlər var

DÜNYA 13 dekabr 2020, 17:08
Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış törədilib.

“Report” xəbər verir ki, bu barədə “Pajvok” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, hadisə nəticəsində ölənlər var. “Kabildə baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, həmin sayda da insan yaralanıb”, - xəbərdə bildirilir.

İlkin məlumata görə, həlak olanlar və xəsarət alanlar mülki şəxslərdir.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 20:58
Top