İranda jurnalist edam olundu

DÜNYA 12 dek 2020, 23:02
Xarici dövlətlərdə gizlənərək İran əleyhinə əsassız təbliğat aparan “Amad news” teleqram kanalın rəhbəri Ruhulla Zam bu gün edam edilib.

İranın dövlət televiziyasına istinadən xəbər verir ki, R.Zam İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) tərəfindən xaricdə həbs edilərək ölkəyə gətirilib. Məhkəmə araşdırması zamanı onun bütün cinayətləri sübuta yetirilib, özü isə törətdiyi qanunsuz əməlləri etiraf edib.

İranın dövlət televiziyası bildirib ki, xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən idarə onunan R.Zam İrana və rəsmi şəxslərə qarşı yalan və iftira yayaraq ictimaiyyəti çaşdırmağa çalışıb. Onun fəaliyyəti İranın beynəlxalq imicinə zərbə vurmaqla yanaşı, düşmənlərə yaxından köməklik göstərib.

R.Zam vətənə xəyanətdə ittiham edilib və asılaraq edam olunub. /Modern.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top