"Hadrutdakı təxribat göstərdi ki, rus sülhməramlıları bu insidentlərin qarşını ala bilməyəcək" — Sərdar Cəlaloğlu

GÜNDƏM 12 dek 2020, 22:10
Xəbər verdiyimiz kimi, Hadrutda ermənilər Azərbaycan hərbçilərinə qarşı təxribat törədib. Nəticədə də bir əsgərimiz yaralanıb.

Demokrat.az xəbər verir ki, bunu "Konkret.az"-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

"Nə qədər ki, Dağlıq Qarabağ ərazisində qanunsuz erməni silahlı qüvvələri var, bu insidentlər olacaq: “Rusiya sülhməramlıları da bu insidentlərin qarşını ala bilməyəcək. Çünki noyabrın 10-da imzalanmış bəyanatda silahsızlaşdırma məsələsi nəzərdə tutulmayıb. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidirsə, orada hər hansı bir erməni silahlı qüvvələri ola və yaxud da saxlanıla bilməz. Ermənilərin əlində silah olduğu müddətcə bu cür insidentlər davam edəcək. Biz Azərbaycan dövləti olaraq ermənilərin silahsızlaşdırılması məsələsini qaldırmalıyıq”.

Partiya sədri vurğulayıb ki, Türkiyə sülhməramlılarının Qarabağda olması vacibdir: “Əgər olmasa, qəbul edilmiş bəyanatın icrasına nəzarət etmək çətinləşəcək. Biz əvvəlcədən demişdik ki, Qarabağ ərazisindən kənarda müşahidə məntəqələrinin yaradılmasının heç bir mənası və effekti yoxdur. Hadrutda baş verən təxribat da bunu bir daha sübut etdi. Düşünürəm ki, Türkiyə sülhməramlılarının Qarabağda olması vacibdir. Ordumuz da ayıq-sayıq olmalıdır. Çünki ermənilərdən hər cür şərəfsizlik gözləmək olar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top