Qusarda iki maşın toqquşdu — xəsarət alanlar var

HADİSƏ 12 dekabr 2020, 20:42
Bu gün Qusar rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar-Şahdağ yolunda qeydə alınıb. "VAZ-2107" markalı minik avtomobili ilə "Niva" markalı nəqliyyat vasitəsi toqquşub.  Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
12 iyul 2025, 08:39
Top