Faiq Qarayev səhhəti pisləşən veteran futbolçunu Bakıya gətirdi

İDMAN 11 dek 2020, 18:51
"Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının koronavirusa yoluxmuş sabiq futbolçusu Elbrus Abbasov koronavirusdan müalicə aldığı Ağdamdan Bakıya gətirilib

Bu barədə "Report"a Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev məlumat verib.

Abdullayev bildirib ki, Abbasovun paytaxta gətirilməsində səbəb onun durumunun pisləşməsidir. FVİ sədri keçmiş hücumçunun “Yeni klinika”ya yerləşdirildiyini sözlərinə əlavə edib: "Onun yerləşdirilməsinə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev köməklik edib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov isə Abbasovun müalicəsininə dəstək olacaqlarını bildirdi".

Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top