Türkiyənin Müdafiə Nazirliyi Qələbə paradı ilə bağlı videoçarx hazırladı

GÜNDƏM 10 dek 2020, 11:13
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə münasibətilə bu gün Bakıda keçiriləcək Qələbə paradı ilə bağlı paylaşım edib.

Demokrat.az xəbər verir ki, paradla bağlı hazırlanan videoçarx nazirliyin tvitter səhifəsində yerləşdirilib.

“Bir Vətən Hərəkatı”nın uğurla icra edən və Qarabağda böyük Zəfər əldə edən Azərbaycan türkü qardaşlarımızı təbrik edir, Bakıdakı paradda iştirak edəcək qəhrəman ordularımızın hərbçilərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik”, - paylaşımda qeyd olunub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top