Deputat: "Azərbaycan dövlətinin sadə erməni xalqı ilə heç bir problemi yoxdur"

SİYASƏT 08 dek 2020, 21:08
XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycaycan torpaqları Ermənistana güzəştə gedilib. SSRİ dövrünə qədər Azərbaycan-Ermənistan sərhəddi hansı səviyyədə olubsa, bu gün bərpa olunur. Qazaxdan, Naxçıvana qədər bütün ərazilərimizdə olan Azərbaycan sərhədi bərpa olunmalıdır.

Demokrat.az bildirir ki, bu sözləri teleqraf.com-a açıqlamasında Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin deyib.

Şura sədrininin fikrincə, 10 noyabr bəyanatında bu faktlar özünü tam təsdiq edib: “Bəyanatda Laçın koridoru ilə yanaşı Azərbaycana Naxçıvanı birləşdirəcək Mehri istiqamətində quru yol təmin ediləcək. Bu, Azərbaycan üçün vacib məsələdir. Naxçıvanın blokadadan çıxması ilə qardaş Türkiyə ilə birbaşa quru yolla əlaqə yaranır. Bu yol strateji əhəmiyyətə malikdir. Bu kommunikasiyalar əlaqələrin yaranmasına inkişafına təminat yarada bilər. Çünki Azərbaycan dövlətinin sadə erməni xalqı ilə heç bir problemi yoxdur. Cənab Prezident bunu dəfələrlə bəyan edib. Ermənistanda hakimiyyətdə olan cinayətkar qruplar Azərbaycana və xalqımıza qarşı qanlı cinayətlər törədiblər. Ermənistanda Köçəryan, Sərkisyan, Paşinyan hakimiyyətləri dəyişsə də onların uydurma istəkləri dəyişməyib. Xəstə təxəyyüllərində hər zaman “dənizdən-dənizə Ermənistan” yaratmaq istəyiblər. Amma bu gün o uydurma xəyalları da puç oldu”.

Professor qeyd edib ki, sovet dövründə olan Azərbaycanın Ermənsitanla sərhədləri bərpa edilməlidir: “Sərhədlər dəyişilməz qalmalıdır. Ermənilərin narazılığının isə heç bir əsası yoxdur. O vaxt Nüvədi kəndi ilə bağlı da ermənilər qondarma əsas qaldırmışdılar. Amma sonradan iştahları gözlərində qaldı. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Qalan xırda məsələlər isə zaman etibarı ilə həllini tapacaq”.

Eldar Quliyev qeyd edib ki, sovet dövründə sərhədlər vardı, amma sərhədçilər yox idi: “Azərbaycan isə bu gün müstəqli dövlətdir. Müstəqil dövlətin isə ordusu və sərhədi var. Bu sərhəddə də Azərbaycan sərhədçiləri dayanmalıdır. Azərbaycanda öz ərazisini tam şəkildə ifadə edən xəritələr və kodastrlar var. Biz "böyük Ermənistan yaradacağıq” deyə cırıb yandırmayıblarsa, bu faktlar Ermənistanda da olmalıdır".

Professor Azərbaycan ərazisində mövcud olan alban-udin məbədləri ilə bağlı məsələlərə də toxunub.

O, Azərbaycan ərazisində alban məbədləri oluduğunu xatırladıb: “Atəşpərəstlik Azərbaycanda kök salıb. Bu gün Azərbaycanın müxtəlif bölgələrində erməni kilsəsi adı ilə adlandırılan bütün məbədlər albanlara məxsusdur. Azərbaycan tarixində bununla bağlı faktlar kifayət qədərdir. Nic kəndində, digər ərazilərdə albanlara, udinlərə məxsus ibadət yerləri var. Onların adət-ənənələri bu gün də yaşayır. Çar Rusiyası erməniləri Qafqaza köçürdükdən sonra alban məbədləri qriqoryanlara verilib. Az qala alban məbələrinin min ilə yaxın yaşı var. Həmin dövr isə bu ərazilərdə erməni adında məfhum olmayıb. İslam dini Azərbaycanda yayılana qədər Azərbaycanda bu abidələr yayğın idi. Alban hökmdarı Cavanşirin də xəlifə ilə razılaşmada ibadətlə bağlı fikirləri yer almışdı. İndi isə ermənilər albanlardan qalma ibadətgahlara sahib çıxmağa çalışır. Kəlbəcərdə olan məbəd Qafqaz albanlarına məxsusdur. Çar dövründəki tarixi mənbələrdə də bu açıq qeyd olunub”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top