Şəkidə 23 yaşlı qadın intihar etdi

HADİSƏ 08 dek 2020, 15:58
Şəki rayonunda 23 yaşlı qadın özünü öldürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Bolludərə kəndində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Sevinc Etibar qızı Hüseynovanın meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsində asılmış vəziyyətdə aşkar edilib.

Qeyd edək ki, S.Hüseynova Oğuz rayonunda doğulub və Şəki rayonunun Bolludərə kəndinə gəlin köçüb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top