İrandan Xameneinin səhhəti ilə bağlı AÇIQLAMA

DÜNYA 08 dek 2020, 09:09
İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin səhhətinin pisləşməsi barədə yayılan xəbərlər rəsmən təkzib edilib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bundan əvvəl sosial şəbəkələrdə Ayətullah Xameneinin səhhətinin pisləşməsi və bununla əlaqədar səlahiyyətlərini təhvil verdiyi barədə məlumatlar yayılmışdı. Mövzu bəzi KİV-də qaldırılmışdı.

“Fars” agentliyi bazar ertəsi rəsmi mənbəyə istinadla Ayətullah Seyyid Əli Xameneinin səhhətinin yaxşı olduğunu və öz işinin başında olduğunu deyərək, yayılan məlumatları təkzib edib.

Bundan əlavə, IRIB televiziya və radio şirkəti İslam Respublikasının Ekspertlər Şurasının (ruhani lideri təyin etmək hüququ olan qurum) iclasından görüntülərin sosial şəbəkələrdə paylaşıldığını xəbər verib. Televiziya və radio şirkəti kadrları və xəbəri saxta adlandırıb.(oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top