Tramp Baydenin andiçmə mərasimində iştirak etməyəcək

DÜNYA 07 dek 2020, 11:19
ABŞ-ın hazırkı prezidenti Donald Tramp xələfi Cozef Baydenin andiçmə mərasimində iştirak etməyəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, D.Tramp yanvarın 20-də Ağ evi tərk edib Florida ştatına yollanacaq və orada tərəfdarlarının keçirdiyi mitinqdə çıxış edəcək.

Məlumata görə, D.Tramp çıxışında 4 il sonra prezident seçkilərində iştirak edəcəyini açıqlayacaq.

Xatırladaq ki, C.Bayden D.Trampı inauqurasiya mərasimində gözlədiyini bildirmişdi.

Qeyd edək ki, prezident seçkilərində Demokratlar Partiyasının namizədi C.Bayden qalib gəlib. Yeni dövlət başçısının inauqurasiyası 2021-ci ilin 20 yanvarında olacaq. Birləşmiş Ştatların hazırkı prezidenti D.Tramp 3 noyabr seçkilərindəki məğlubiyyətlərini tanımır. Respublikaçıların namizədi bir sıra ştatların seçkilərinin nəticələrinə etiraz edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top